...

İrandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda 2 seçki məntəqəsi yaradılacaq

Dünya xəbərləri Materials 27 Aprel 2017 11:38 (UTC +04:00)
İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan iranlıların səs verməsi üçün iki seçki məntəqəsi yaradılması nəzərdə tutulub.
İrandakı prezident seçkiləri ilə bağlı Azərbaycanda 2 seçki məntəqəsi yaradılacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

İranda prezident seçkiləri ilə əlaqədar Azərbaycanda yaşayan iranlıların səs verməsi üçün iki seçki məntəqəsi yaradılması nəzərdə tutulub.

Trend-in məlumatına görə, seçki məntəqələri İranın Azərbaycandakı səfirliyi və İranın Naxçıvandakı konsulluğunda fəaliyyət göstərəcək. Azərbaycanda 2000-dən çox iranlının seçkidə iştirakı gözlənilir. Seçkilərin Bakıda keçiriləcək "Bakı - 2017" IV İslam Həmrəyliyi oyunları ərəfəsində baş tutması ilə əlaqədar olaraq, həmin oyunların iranlı iştirakçıları və Azərbaycana İrandan gələn turistlərin də seçkilərdə iştirakına şərait yaradılacaq.

Qeyd edək ki, bu il mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. İranın hazırki prezidenti Həsən Ruhani növbəti dəfə prezident seçilmək üçün namizədliyini irəli sürüb. H.Ruhaninin əsas rəqibi İranın nüfuzlu din xadimi İbrahim Rəisi hesab olunur.

Xatırladaq ki, H.Ruhani 2013-cü ildə seçkilərdə qalib gələrək İran İslam Respublikasının prezidenti seçilib. H.Ruhaninin prezidentlik dönəmində İran və Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər artan xətt üzrə inkişaf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti