Bakı. Trend:
Asiya və Sakit Okeanı Regionu ABŞ-ın hazırki administrasiyası üçün prioritetdir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Nauert deyib.
"Dövlət katibi qeyd edib ki, Asiya və Sakit Okeanı Regionu ABŞ administrasiyası üçün priotitdir, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) isə vacib tərəfdaşdır", - bəyanatda deyilir.