...

Nigeriyada silahlılar 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar

Dünya xəbərləri Materials 7 May 2017 18:13 (UTC +04:00)
"Boko Haram" ekstremist qruplaşmasının silahlıları Nigeriyada 3 il bundan əvvəl Çibok şəhərində məktəbdən qaçırılmış 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar
Nigeriyada silahlılar 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar

Bakı. Trend:

"Boko Haram" ekstremist qruplaşmasının silahlıları Nigeriyada 3 il bundan əvvəl Çibok şəhərində məktəbdən qaçırılmış 82 məktəbli qızı əsirlikdən azadlığa buraxıblar.

Trend-in Anadolu agentliyinə istinadən veridyi məlumata görə, bunu Nigeriyanın rabitə nazirliyinin mətbuat katibi Sequn Adeyemi deyib.

Daha əvvəl Nigeriya prezidenti Məhəmməd Buxari deyib ki, hökumət əsirlikdə qalanların azad edilməsi barədə danışıqlar aparır.

Qeyd edək ki, 20144-cü ilin aprel ayının 14-də "Boko Haram" silahlıları Çibok şəhərində məktəbdən 276 məktəbli qızı qaçırıblar. Onlarda 57-si silahlıların əlindən qaça bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti