...

Bağdadda partlayış: 10 ölü, 22 yaralı

Dünya xəbərləri Materials 30 May 2017 04:41 (UTC +04:00)
İraqın paytaxtında dondurma satılan mağazanın yaxınlığında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partlayıb
Bağdadda partlayış: 10 ölü, 22 yaralı

Bakı. Trend:

İraqın paytaxtında dondurma satılan mağazanın yaxınlığında partlayıcı qurğu ilə yüklənmiş avtomobil partlayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 10 nəfər ölüb, daha 22 nəfər isə xəsarət alıb.

İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti