...

Almaniyada terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 3 İyun 2017 05:30 (UTC +04:00)
Almaniyanın Hessen vilayətinin polisi Rock am Ring rok festivalındakı terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfəri saxlayıb
Almaniyada terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfər saxlanılıb

Bakı. Trend:

Almaniyanın Hessen vilayətinin polisi Rock am Ring rok festivalındakı terror təhlükəsi barədə məlumatlardan sonra 2 nəfəri saxlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Welt nəşri xəbər verir.

Məlumata görə, saxlanılanlar, festivalın təşkilatçıları ilə əməkdaşlıq edən subpodratçı şirkətin işçiləri olublar, onlardan ən azı biri sələfidir.

Qeyd edək ki, son məlumatlara görə, festivalın keçirildiyi ərazini ümumilikdə 90 min tamaşaçı tərk etməli olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti