Bakı. Rufiz Hafizoğlu - Trend:
Məşhur iş adamı Ali Koç "Fənərbaxça" futbol klubunun prezidentliyinə namizədliyini irəli sürüb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə biznesmen özü bəyan edib.
Futbol klubuna prezidentliyə seçkilər 2018-ci ilin mayında keçiriləcək. Hazırda klubun prezidenti 65 yaşlı Əziz Yıldırımdır.