...

Britaniyada növbədənkənar parlament seçkiləri başladı

Dünya xəbərləri Materials 8 İyun 2017 10:40 (UTC +04:00)
Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.
Britaniyada növbədənkənar parlament seçkiləri başladı

Bakı. Trend:

Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir.

Trend-in məlumatına görə, yerli vaxtla saat 07:00-da bütün ölkədə 40 mindən çox seçki məntəqəsi açılıb. Seçkilərdə 46,4 milyon seçicinin səs verəcəyi gözlənilir.

Seçkilərin yekun nəticəsinin iyunun 9-u səhər saatlarında açıqlanacağı bildirilir.

Səsvermənin yekunu üzrə 650 deputatın daxil olduğu İcmalar Palatasının yeni tərkibi müəyyənləşəcək. Deputat mandatlarının yarıdan çoxunu qazanan partiya hökuməti formalaşdırmaq hüququ əldə edəcək.

Əsas intriqa Baş nazir Tereza Meyin sədri olduğu Mühafizəkarlar Partiyasının yaxın 5 ildə sükan arxasında qalıb-qalmayacağı ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti