...

Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

Dünya xəbərləri Materials 13 İyun 2017 07:43 (UTC +04:00)
İyunun 13-ü Klyuçovskaya Sopka vulkanı 5 min metr hündürlüyədək kül püskürüb
Kamçatka vulkanı 5,5 kilometrədək kül püskürdü

Bakı. Trend:

İyunun 13-ü Klyuçovskaya Sopka vulkanı 5 min metr hündürlüyədək kül püskürüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda yerli XİN xəbər verir.

Külək sayəsində kül qərb və cənub-qərb istiqamətlərində yayılıb.

Külün yolu istiqamətində yaşayış məntəqələri yoxdur. Turistlərə vulkan yaxınlığında marşrut təşkil etməmək tövsiyə olunub.

Vulkana narıncı aviasiya təhlükə kodu verilib.

Qeyd edək ki, 4 min 850 metr hündürlüyü olan Klyuçovskaya Sopka vulkanı Avrasiyanın aktiv olan ən yüksək vulkanıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti