...

Banqladeşdə yağışda "boğulanların" sayı 46 nəfərə çatdı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 13 İyun 2017 12:56 (UTC +04:00)
Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub.
Banqladeşdə yağışda "boğulanların" sayı 46 nəfərə çatdı (YENİLƏNİB)

İlk xəbər saat 12:18-də yayımlanıb

Bakı. Trend:

Banqladeşin cənub-şərqində yağan güclü yağış nəticəsində 35 nəfər həlak olub.

Trend-in məlumatına görə, yağıntılar ötən gün səhər saatlarından etibarən başlayıb.

Yağışdan zərər çəkmiş bölgələrdə telefon xətləri sıradan çıxıb, nəqliyyatın hərəkəti dayanıb.

Polisin məlumatına əsasən, xilasetmə işləri zaman 4 hərbçi həyatını itirib.

Banqladeş Fövqəladə Hallar İdarəsinin rəhbəri Reaz Əhməd bildirib ki, təbii fəlakətin qurbanlarının sayının artacağı qaçılmazdır. Onun sözlərinə görə, hazırda xilasedicilər ucqar rayonlarda sel-sularında qalmış insanları xilas etməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti