Fransanın ədliyyə naziri də hökumətdən getdi

Bakı. Trend:
Fransanın ədliyyə naziri Fransua Bayru müdafiə naziri Silvi Quların ardınca hökumətdən getmək barədə qərarını bəyan edib. Trend-in məlumatına görə, o, "MoDem" ("Demokratik hərəkat") partiyasının rəhbəridir və hazırda partiya üzvlərinin Avropa Parlamentinə işə düzəldilməsi ilə bağlı araşdırma aparılır.
F.Bayru bildirib: "Yeni hökumətdə iştirak etməmək barədə qərar qəbul etmişəm. Bununla bağlı bu gün mətbuat konfransı da keçirəcəm".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq