...

Tufan ABŞ-da "Boeing"ləri sıradan çıxardı

Dünya xəbərləri Materials 24 İyun 2017 10:04 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələrinin yerləşdiyi Nebraska ştatında güclü tufan aviabazaya güclü ziyan vurub.
Tufan ABŞ-da "Boeing"ləri sıradan çıxardı

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin yerləşdiyi Nebraska ştatında güclü tufan aviabazaya güclü ziyan vurub. Trend-in məlumatına görə, hərbi bazadakı 2 "Boeing E-4B" də daxil olmaqla 10 təyyarə güclü tufanda zədələnib.

Bundan öncə iyunun 16-da baş vermiş güclü qasırğa və tufanda da hərbi bazanın 8 "Boeing RC-135" kəşfiyyat təyyarəsi zədələnmişdi.

Yerli fövqəladə xidmət idarəsindən verilən məlumata gröə, ştat ərazisində təbii fəlakət nəticəsində çox sayda ağac da qırılıb.

Xəbər lenti

Xəbər lenti