Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın qızı və eyni zamanda köməkçisi olan İvanka Tramp məhkəmə qarşısında cavab verməli olacaq.
Trend-in məlumatına görə, o, ayaqqabı dizaynının plagiatı məsələsi ilə bağlı ittihamlara cavab verəcək.
“Aquazzurra” brendi hesab edir ki, İ.Tramp öz ayaqqabı məhsullarının istehsalı üçün onların dizaynından istifadə edib. Şirkətin istehsalı olan ayaqqabıların qiyməti 780 dollar olduğu halda, İ.Trampın həmin dizaynda təklif etdiyi ayaqqabılar 150 dollara satılır.
Məhkəmə İ.Trampın bu ilin oktyabrına kimi ifadə verməsini tələb edib.