...

Çində 8 nəfər daşqınların qurbanı olub

Dünya xəbərləri Materials 3 İyul 2017 08:16 (UTC +04:00)
Çinin cənubunda güclü yağışlar səbəbindən daşqınlar davam edir
Çində 8 nəfər daşqınların qurbanı olub

Bakı. Trend:

Çinin cənubunda güclü yağışlar səbəbindən daşqınlar davam edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar nəticəsində 8 nəfər həlak olub, 34 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşmüş sayılır.

Bundan əlavə daşqınlar nəticəsində 600 ev dağılıb və 17 min hektar kənd təsərrüfatı sahələrini su basıb. Təhlükə zonasında 250 min insan olub. Birbaşa iqtisadi ziyan 215 milyon dollar olaraq qiymətlədirilir.

Təhlükəli zonadan 38 min insan təxliyə edilib. Bəzi məktəblərdə müvəqqəti sığınacaqlar təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti