...

ABŞ və Rusiyanını dəstəklədiyi atəşkəs qüvvəyə minib

Dünya xəbərləri Materials 10 İyul 2017 06:51 (UTC +04:00)
ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs qüvvəyə minib
ABŞ və Rusiyanını dəstəklədiyi atəşkəs qüvvəyə minib

Bakı. Trend:

ABŞ və Rusiyanın razılığı əsasında Suriyanın cənub-qərbində atəşkəs qüvvəyə minib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, atəşkəs üzrə razılaşma cümə günü G20 sammiti ərəfəsində ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi görüş zamanı əldə edilib.

2011-ci ildə etiraz aksiyaları ilə başlayan Suriya vətəndaş müharibəsində indiyədək 300 mindən çox insan həyatını itirib. 11 milyon insan evlərini tərk etməyə məcbur qalıb.

Rusiya və ABŞ münaqişədə əks tərəfləri dəstəkləyir. ABŞ Suriya prezidenti Bəşər əl-Əsədə qarşı qüvvələrə, Rusiya isə prezident Əsədə kömək edir.

Rusiya Dəra, əl-Qüneytrə və əs-Süveydə bölgələrində qüvvəyə minən atəşkəs razılaşmasının Rusiya və ABŞ rəsmiləri arasında aylarla çəkən danışıqlardan sonra əldə edildiyini bildirib.

Almaniyanın Hamburq şəhərində cənab Trump və cənab Putin arasında keçirilən görüşdən sonra, ABŞ dövlət katibi Rex Tillerson deyib: "Bu Suriyada Rusiya və ABŞ-ın birlikdə fəaliyyət göstərməsinin mümkün olduğunu sübut edən ilk əlamətdir."

Cənab Tillerson cümə günü keçirilən görüşün iki ölkənin Suriyanın gələcəyi üçün planlarının "tamamilə eyni olduğunu" göstərdiyini deyib.

O, əlavə edib ki, tərəflər arasında fikir ayrılığı sadəcə bu hədəfin necə əldə ediləcəyi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti