...

"Dinozavrlar" Ağ Ev qarşısında etiraz aksiyası keçirib

Dünya xəbərləri Materials 31 Avqust 2017 12:47 (UTC +04:00)
Vaşinqtonda Ağ Ev qarşısında dinozavr geyimlərində olan bir qrup şəxs etiraz aksiyası keçirib
"Dinozavrlar" Ağ Ev qarşısında etiraz aksiyası keçirib

Bakı. Trend:

Vaşinqtonda Ağ Evin qarşısında dinozavr geyimlərində olan bir qrup şəxs etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, buna prezident Donald Trampın “Peace Corps” və “AmeriCorps” kimi ətraf mühitin mühafizəsi proqramlarının maliyyələşdirilməsini dayandırmaq barədə qərarı səbəb olub.

Etirazçılar iddia edirlər ki, bu qərar həmin proqramların dayanmasına səbəb olacaq və nəticədə ətraf mühitə ziyan dəyəcək.

Ağ Ev qarşısında etirazdan sonra “dinozavrlar” 2018-ci il büdcəsinin müzakirə olunduğu Konqres qarşısında etirazlarını davam etdiriblər.

Xəbər lenti

Xəbər lenti