...

Meksikada fırtına 4 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 2 Sentyabr 2017 15:47 (UTC +04:00)

Bakı. Trend:

ABŞ son illərin ən güclü "Harvi" qasırğası ilə mübarizə apararkən qitənin daha bir ölkəsi Meksika da təbii fəlakətdən yan keçə bilməyib.

Trend-in məlumatına görə, ölkənin şimal-qərbini cənginə alan "Lidya" tropik fırtınası 4 nəfərin həyatına son qoyub. 20 min turist hava limanlarında qalıb.

Su altında qalan "Mexico City" aeroportunun böyük bir hissəsi fəaliyyətini dayandırıb. 3 mindən artıq insan öz evindən təxliyə edilib. Fırtınanın hazırda ölkənin mərkəzi hissələrinə doğru irəlilədiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti