...

Fransada daşqınlar gözlənilir

Dünya xəbərləri Materials 13 Sentyabr 2017 10:13 (UTC +04:00)
Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.
Fransada daşqınlar gözlənilir

Bakı. Trend:

Fransanın şimal-şərqində, 7 departamentdə leysanla əlaqədar narıncı təhlükə səviyyəsi elan olunub.

Trend-in məlumatına görə, "Meteo France" Milli Meteorologiya Təşkilatı güclü yağışların daşqınlara səbəb ola biləcəyini bəyan edib.

Sinoptiklərin xəbərdarlığı sabah saat 09:00-dək qüvvədə olacaq

Xatırladaq ki, sentyabrın 10-da leysan İtaliyanın mərkəzi regionlarına ciddi ziyan vurub. Toskana vilayətində 8 nəfər daşqınların qurbanı olub, 15 min ailə zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti