Bakı. Trend:
BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın raket sınağı ilə əlaqədar növbədənkənar iclas keçirir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının üzvləri Phenyana qarşı müəyyən olunmuş sanksiya rejiminə maksimum ciddi riayət olunmasının zəruri olduğunu bildiriblər.
Məlumata əsasən, fövqəladə iclası ABŞ, Yaponiya və Cənubi Koreya nümayəndə heyətləri çağırıblar.