Bakı. Trend:
Sentyabrın 18-i Nyu-Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüşdə Türkiyə və NATO arasında əlaqələr, regiondakı proseslər və Ankara tərəfindən Rusiyadan S-400 raket kompleksinin alınması məsələləri müzakirə olunub.
Y.Stoltenberq görüşlə bağlı fikirlərini bölüşərkən bildirib ki, görüş çox yaxşı keçib.