...

İran Ərbillə hava nəqliyyatını dayandırıb

Dünya xəbərləri Materials 24 Sentyabr 2017 17:06 (UTC +04:00)

Bakı. Trend:

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası Bağdadın xahişi ilə müvəqqəti olaraq İraqın kürd muxtariyyəti ilə hava nəqliyyatını dayandırıb. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.

Ərbildə sentyabrın 25-nə müstəqillik haqqında referendum planlaşdırılır. Qeyd edək ki, Bağdad qətiyyətlə bu referenduma qarşı çıxış edir, həmçinin İran daxil olmaqla, dünyanın bir çox ölkəsi.

Xəbər lenti

Xəbər lenti