Bakı. Orxan Nəbiyev - Trend:
Fransa Prezidenti Emmanuel Makron Parisin Sorbonna Universitetində etirazla qarşılanıb.
Trend-in məlumatına görə, E.Makron çıxış etmək üçün universitetə gəlib.
Tələbələr prezidenti onu fitə basmaqla və “Çıx get, universitet sənin deyil” kimi şüarlar səsləndirməklə qarşılayıb.