...

“Mariya” dünyanın ən böyük teleskoplarından birini zədələdi

Dünya xəbərləri Materials 27 Sentyabr 2017 16:13 (UTC +04:00)
Bir müddət əvvəl Karib dənizində tüğyan etmiş “Mariya” qasırğası dünyanın ən böyük teleskoplarından birinə ziyan vurub.
“Mariya” dünyanın ən böyük teleskoplarından birini zədələdi

Bakı. Trend:

Bir müddət əvvəl Karib dənizində tüğyan etmiş “Mariya” qasırğası dünyanın ən böyük teleskoplarından birinə - Puerto-Rikoda yerləşən “Aresibo” teleskopuna ziyan vurub.

Trend-in məlumatına görə, mütəxəssislər qeyd edir ki, qasırğa teleskopu sıradan çıxarmasa da, onun gələcək fəaliyyətini təhlükə altına salıb.

Hazırda teleskopa vurulan ziyanın həcmi araşdırılır. Fəsadların ciddi olacağı təqdirdə rəsədxananın bağlanacağı da istisna olunmur.

Teleskopun ölçüsü 305 metrdir.

Qeyd edək ki, “Mariya” qasırğası sentyabrın 16-da başlamışdı. Puerto-Rikoda böyük dağıntılara səbəb olmuş qasırğa 15 nəfərin həyatına da son qoymuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti