Bakı. Trend:
Suriyanın Rəqqa şəhərində İŞİD terror qruplaşmasının bir neçə yüz üzvü qalıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın nümayəndəsi Rayan Dillon bildirib.
"Bizim qiymətləndirməmizə görə, Rəqqada 400-800 İŞİD terrorçusu qalıb. Onların əksəriyyəti xarici vətəndaşlardır", - nümayəndə bildirib.