...

Tramp qasırğadan ziyan çəkənləri "ələ saldı" (VİDEO)

Dünya xəbərləri Materials 4 Oktyabr 2017 12:18 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp "Mariya" qasırğasının ziyan vurduğu Puerto-Rikoda olub.
Tramp qasırğadan ziyan çəkənləri "ələ saldı" (VİDEO)

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp "Mariya" qasırğasının ziyan vurduğu Puerto-Rikoda olub.

Trend-in məlumatına görə, qasırğadan zərər görənlərə baş çəkən D.Tramp onlara kağız salfetlər paylayıb.

Lakin dövlət başçısının salfetləri basketbol topu ilə oynayırmış kimi ətrafdakılara atması mətbuatın tənqidi ilə üzləşib. KİV D.Trampın bu hərəkətini hörmətsizlik kimi dəyərləndirib.

Bir çox sosial şəbəkə istifadəçiləri isə ABŞ Prezidentini "qeyri-ciddilikdə" və "zərərçəkənləri ələ salmaqda" günahlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti