...

Meksikada daha bir güclü zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 14 Oktyabr 2017 06:13 (UTC +04:00)

Bakı. Trend:

Meksikanın Ohaka ştatının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Puebla de Zaraqoza şəhərindən 480 kilometr cənub-şərqdə, ocağı isə 66 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, sentyabr ayında Meksikada 2 güclü zəlzələ baş verib. Son rəsmi məlumatlara əsasən, sentyabrın 19-u baş verən zəlzələ nəticəsində 369 nəfər, sentyabrın 7-si baş verən zəlzələ nəticəsində isə 70 nəfərə yaxın insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti