Bakı. Trend:
Madaqaskarda taun epidemiyası 94 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, Dünya Səhiyyə Təşkilatı avqustun 1-dən başlayaraq adada 1153 yoluxma halı qeydə alındığını bildirib.
Xəstəlik Madaqaskarın 114 əyalətindən 37-də yayılıb.
Qeyd edək ki, bu ayın əvvəlində verilən məlumata görə, ölkədə taundan ölənlərin sayı 40-dan çox idi.