...

Misirdə yol qəzası - 16 ölü

Dünya xəbərləri Materials 21 Oktyabr 2017 10:59 (UTC +04:00)
Misirin Asyut şəhərində 4 avtomobilin iştirakı ilə baş vermiş qəza nəticəsində 16 nəfər həlak olub.
Misirdə yol qəzası - 16 ölü

Bakı. Trend:

Misirin Asyut şəhərində 4 avtomobilin iştirakı ilə baş vermiş qəza nəticəsində 16 nəfər həlak olub. Trend-in məlunatına görə, polis insident nəticəsində daha 9 nəfərin isə yaralandığını bildirib.

Həlak olanlar arasında 4 uşağın da olduğu bildirilir.

Polisin ilkin məlumatına görə, qəzaya iri yük maşını səbəb olub. Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti