...

Vyetnamda tayfun qurbanlarının sayı 27-ə çatdı

Dünya xəbərləri Materials 5 Noyabr 2017 09:36 (UTC +04:00)
Vyetnamda güclü tayfun nəticəsində ölənlərin sayı 27-ə çatıb.
Vyetnamda tayfun qurbanlarının sayı 27-ə çatdı

Bakı. Trend:

Vyetnamda güclü tayfun nəticəsində ölənlərin sayı 27-ə çatıb. Bu barədə Trend "Hindustan Times"a istinadən xəbər verir.

Daha öncə 15 nəfərin öldüyü bildirilirdi. Qeyd olunur ki, daha 22 nəfər itkin düşüb, onlardan 17 nəfər yük gəmilərinin ekipaj üzvləridir.

Güclü külək Asiya-Sakit Okean iqtisadi əməkdaşlıq Təşkilatının liderlərinin sammiti keçirilməsi planlaşdırılan Dananq şəhərinə ciddi ziyan vurub.

Yerli hakimiyyət kiçik yaşayış məntəqələrindən 35 mindən çox sakini evakuasiya edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti