Təfərrüatlar əlavə olunub (ilk xəbər 23:59-da yayılıb)
Bakı. Trend:
Kaliforniyada atışma nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə bu haqda RİA Novosti KRCA telekanalına istinadən xəbər verir.
Şerifin köməkçisi Fil Conston bildirib ki, atışma nəticəsində daha 4 nəfər, o cümlədən 3 uşaq xəsarət alıb.
XXX
Kaliforniyada naməlum şəxs ibtidai məktəbin ərazisində atəş açıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda KCRA telekanalı xəbər verib.
İlkin məlumatlara görə, 3 nəfər ölüb, atəş açan şəxs polis tərəfindən öldürülüb,
Hadisə Texama dairəsində baş verib. Şerifin köməkçisi Fil Conston bildirib ki, bir neçə şagird (vertolyotla) hadisə yerindən təxliyyə olunub.
Polis atışma ilə bağlı məktəb binasına və ona yaxın ərazilərə baxış keçirir.