...

Türkiyə 2 şəhid verdi - İraqın şimalında əməliyyat

Dünya xəbərləri Materials 16 Noyabr 2017 18:05 (UTC +04:00)
İraqın şimalında PKK terror təşkilatına qarşı Türkiyə hərbi qüvvələrinin apardığı əməliyyatlarda 2 türk hərbçisi şəhid olub.
Türkiyə 2 şəhid verdi - İraqın şimalında əməliyyat

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın şimalında PKK terror təşkilatına qarşı Türkiyə hərbi qüvvələrinin apardığı əməliyyatlarda 2 türk hərbçisi şəhid olub. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, əməliyyatlar nəticəsində daha bir türk əsgəri isə yaralanıb.

Türkiyə Baş Qərargahının yaydığı məlumatda əlavə olunur ki, əməliyyatlar hələ davam edir: "İraqın şimalında Avaşin rayonunda PKK terror təşkiltına qarşı hərbi əməliyyat davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti