...

"Ostankino" teleqülləsində bomba həyəcanı!

Dünya xəbərləri Materials 20 Noyabr 2017 15:04 (UTC +04:00)
Moskvada "Ostankino" teleqülləsi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
"Ostankino" teleqülləsində bomba həyəcanı!

Bakı. Trend:

Moskvada "Ostankino" teleqülləsi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb. Trend-in məlumatına görə, buna səbəb bu gün teleqülləyə partlayıcı qurğu yerləşdirilməsi barədə daxil olan anonim zəng olub.

Paytaxt Fövqəladə Xidməti anonim zəngdən sonra teleqüllədə yoxlamalara başlayıb. Məlumata görə, yoxlamalar təxliyə aparılmadan aparılır.

Qeyd edək ki, sentyabrın 11-dən başlayaraq bomba qoyulması barədə anonim zəng dalğası bütün Rusiyanı bürüyüb.

Xəbər lenti

Xəbər lenti