...

Tramp CNN-i boykot etməyə çağırdı: "Onlarla iş görmək vaxt itkisidir"

Dünya xəbərləri Materials 29 Noyabr 2017 17:38 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb.
Tramp CNN-i boykot etməyə çağırdı: "Onlarla iş görmək vaxt itkisidir"

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb.

Trend-in məlumatına görə, buna səbəb CNN-in Ağ Evdə mətbuat üçün keçirilən Yeni il mərasimini boykot etməsi qərarı olub.

Bir neçə gün əvvəl telekanal rəhbərliyi D.Trampın açıqlamaları ilə razı qalmadığı üçün mərasimdə iştirak etməyəcəyini bildirmişdi.

Buna cavab olaraq ABŞ Prezidenti sosial şəbəkədə CNN-i boykot etməyə çağırıb: “Lap yaxşı, biz də CNN-nin saxta xəbərlərini boykot edərik. Onlarla iş görmək tamamilə vaxt itkisidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti