...

Vaşinqton və Seul Koreya yarımadasında təlimlərə başladı - Qırıcılarla

Dünya xəbərləri Materials 4 Dekabr 2017 09:32 (UTC +04:00)
ABŞ və Koreya Respublikası iki ölkənin hərbi ittifaqı tarixində ilk dəfə Hərbi Hava Qüvvələrinin "Vigilant Ace 18" adlı genişmiqyaslı təlimlərinə başlayıb.
Vaşinqton və Seul Koreya yarımadasında təlimlərə başladı - Qırıcılarla

Bakı. Trend:

ABŞ və Koreya Respublikası iki ölkənin hərbi ittifaqı tarixində ilk dəfə Hərbi Hava Qüvvələrinin "Vigilant Ace 18" adlı genişmiqyaslı təlimlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi xəbər yayıb.

Məıumata görə, təlimlərə hər iki ölkədən ümumilikdə 230-dan çox təyyarə cəlb olunub. Eləcə də "F-22 Raptor" qırıcılarının təlimlərə qatılması bildirilir.

Qeyd edək ki, təlimlər Koreya yarımadası üzərində həyat keçirilir və bu Şimali Koreyanın noyabrın 29-da "Xvason-15" ballistik raketini buraxmasından sonra yarımadada gərginləşmiş fonda baş verir.

Xəbər lenti

Xəbər lenti