...

Moskvadan uçuşlar yenə dayandırıldı - Qar-çovğun səbəbindən

Dünya xəbərləri Materials 4 Dekabr 2017 09:54 (UTC +04:00)
Rusiyanın "Aeroflot" aviaşirkəti kəskin hava şəraiti ilə əlaqədar Moskvada 60 reysi təxirə salıb.
Moskvadan uçuşlar yenə dayandırıldı - Qar-çovğun səbəbindən

Bakı. Trend:

Rusiyanın "Aeroflot" aviaşirkəti kəskin hava şəraiti ilə əlaqədar Moskvada 60 reysi təxirə salıb. Trend-in məlumatına görə, aviaşirkət daha 35 aviareysin vaxtının isə dəyişdirilməsi barədə rəsmi saytında məlumat yerləşdirib.

Məlumata görə, təxirə salınan aviareyslər əsasən Moskvadan Arxangelsk, Berlin, Varşava, Venesiya, Roma, Krasnodar və başqa şəhərlərədir.

Qeyd edək ki, Moskavada ötən həftə də güclü qar yağması və çovğun səbəbindən yüzlərlə reys təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti