...

Putin elan etdi: Seçkidə iştirak edəcəm

Dünya xəbərləri Materials 6 Dekabr 2017 18:37 (UTC +04:00)

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan edib.

Trend-in məlumatına görə, V.Putin bu açıqlamanı Nijni Novqorod şəhərində avtomobil zavodunun işçiləri ilə görüşü zamanı verib.

Daha əvvəl V.Putin seçkilərdə iştirak edib-etməyəcəyi barədə qərarını verərkən könüllülərin dəstəyini nəzərə alacağını bildirmişdi.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti