...

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi VAXT bilindi

Dünya xəbərləri Materials 13 Dekabr 2017 12:45 (UTC +04:00)
ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üç ildən tez başa çatmayacaq.
ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi VAXT bilindi

Bakı. Trend:

ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üç ildən tez başa çatmayacaq.
Trend-in məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib.

Onun sözlərinə görə, bu proses genişmiqyaslı olacaq və qısa vaxtda bunu həyata keçirmək mümkün deyil.

Xatırladaq ki, bir müddət əvvəl R.Tillerson səfirliyin köçürülməsinin bir ildən çox vaxt aparacağını bildirmişdi.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.

Xəbər lenti

Xəbər lenti