...

İran səhəri zəlzələ ilə açdı

Dünya xəbərləri Materials 14 Dekabr 2017 09:11 (UTC +04:00)
Səhər saatlarında İranda yenə zəlzələ baş verib.
İran səhəri zəlzələ ilə açdı

Bakı. Trend:

Səhər saatlarında İranda yenə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu dəfə yeraltı təkanlar 4 bal gücündə olub.

İran Seysmoloji İdarəsinin yaydığı xəbərə görə, zəlzələ İranın Şiraz şəhərindən 476 kilometr məsafədə 10 kilometr dərinlikdə baş verib.

Qeyd edək ki, həmin bölgədə son günlər ərzində bir neçə güclü zəlzələ qeydə alınıb.

Xatırladaq ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında 7,2 bal gücündə zəlzələ baş vermişdi. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Xəbər lenti

Xəbər lenti