...

SOS! Arktikada buz son 1500 il ərzində İLK DƏFƏ daha sürətlə əriyir

Dünya xəbərləri Materials 14 Dekabr 2017 17:04 (UTC +04:00)
Qlobal istiləşmə ilə əlaqədar Arktikada buz son 1500 il ərzində olduğundan daha sürətlə əriyir.
SOS! Arktikada buz son 1500 il ərzində İLK DƏFƏ daha sürətlə əriyir

Bakı. Trend:

Qlobal istiləşmə ilə əlaqədar Arktikada buz son 1500 il ərzində olduğundan daha sürətlə əriyir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Okeanların və atmosferin tədqiqatı Milli İdarəsinin hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2017-ci ildə arktik buz qatının qalınlığı 1981-2010-cu illərdə olduğundan 25 faiz azdır. Buz qatının qalınlığı isə azalmaqda davam edir. 2016-cı ilin oktyabrından 2017-ci ilin sentyabrınadək Arktikada orta illik temperatur əvvəlki illərə nisbətən 1,6 dərəcə yüksəlib.

Tədqiqatçılar xəbərdarlıq edir ki, Arktikada havanın və suyun temperaturunun artması atmosfer axınlarının istiqamətini dəyişə bilər ki, bu müxtəlif qitələrdə iqlim anomaliyalarına gətirib çıxaracaq: "Arktika buzunun əriməsi regionun flora və faunasına ciddi təsir göstərəcək. Arktikada baş verənlər bütün planetdə əks olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti