...

BMT: ABŞ-da 40 milyondan çox insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Dünya xəbərləri Materials 19 Dekabr 2017 07:06 (UTC +04:00)
ABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 amerikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və bu göstərici prezident Donald Trampın siyasitinə görə arta bilər
BMT: ABŞ-da 40 milyondan çox insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

Bakı. Trend:

ABŞ-da 40 milyondan çox insan və yaxud hər 8 amerikalıdan biri yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və bu göstərici prezident Donald Trampın siyasitinə görə arta bilər.

Trend-in "İnterfax"a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin ifrat yoxsulluq məsələsi üzrə xüsusi məruzəçisi Filip Olston bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-da insanların dünyanın digər zəngin ölkələri ilə müqayisədə sosial statusunu yüksəltmək üçün ən az imkanlara malik olması ilə bağlıdır

F.Olston əlavə edib ki, ABŞ-ın ən varlı, ən güclü ölkələrdən biri olmasına baxmayaraq ölkənin nə gücü, nə dövləti, nədə texnologiyası yoxsulluq vəziyyətində yaşayan 40 milyon insana kömək etmək üçün istifadə edilmir.

O, əminliklə bildirib ki, ABŞ prezidenti Trampın siyasəti nəticəsində ölkədə yoxsulluğun miqyası daha da artacaq: "Xüsusən, Ağ Evin vergi sahəsində tətbiq etdiyi siyasət ən kasıb amerikalıların 20%-i üçün çox pis fəsadlara gətirib çıxara bilər".

Xəbər lenti

Xəbər lenti