...

Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2017 12:46 (UTC +04:00)
Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir
Ukraynada sərnişin qatarları durdu - Qar yolları bağlayıb

Bakı. Trend:

Ukraynada güclü qar yağması ilə əlaqədar 30 sərnişin qatarının hərəkəti ləngiyir.

Trend-in məlumatına görə, qatarların ləngimə müddəti orta hesabla 25 dəqiqə təşkil edir.

Qeyd olunur ki, Kiyev-İvano-Frankovsk və Xmelnitsiki-Moskva qatarları bir saatdan çox ləngiyib.

Məlumata görə, Ukraynada güclü qar ölkənin cənub-qərb bölgəsində hərəkətə böyük təsir edib.

Bundan başqa, Kiyev şəhər administrasiyası da ictimai nəqliyyatın hərəkətində problemlərin yarandığını bildirib.

Xəbər lenti

Xəbər lenti