...

Misir prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Dünya xəbərləri Materials 3 Yanvar 2018 04:12 (UTC +04:00)
Misir prezidenti Abdel Fəttan əs-Sisi ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejiminin uzadılması haqqında fərman imzalayıb
Misir prezidenti ölkədə fövqəladə vəziyyət rejiminin müddətini uzadıb

Bakı. Trend:

Misir prezidenti Abdel Fəttan əs-Sisi ölkədə üç ay müddətinə fövqəladə vəziyyət rejiminin uzadılması haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, fövqəladə vəziyyət rejiminin müddəti Misirin bütün ərazisində yanvarın 13-dən başlayaraq uzadılır.

Prezidentin fərmanı silahlı qüvvələrin və polis orqanlarının terrorçuluqla mübarizə və bütün ölkə ərazisində təhlükəsizliyi təmin etmək üçün bütün səlahiyyətlərə təmil olunmasını nəzərdə tutur. Fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu müddətdə prezidentin əmrinin pozulmasına görə həbs cəzası düşür.

Qeyd edək ki, Misir prezidenti fövqəladə vəziyyət rejimini ötən ilin aprel ayında 45 nəfərin ölümünə səbəb olan Tanta və İsgəndəriyyə şəhərlərində terror aktlarından sonra tətbiq edib. Bundan sonra fövqəladə vəziyyət rejimi iki dəfə uzadılıb.

Xəbər lenti

Xəbər lenti