...

Nigeriyada məsciddə partlayış: 10-dan çox ölən var

Dünya xəbərləri Materials 3 Yanvar 2018 21:04 (UTC +04:00)
Nigeriyanın şimal-şərqində baş verən terror hücumu nəticəsində 11 nəfər ölüb.
Nigeriyada məsciddə partlayış: 10-dan çox ölən var

Bakı. Trend:

Nigeriyanın şimal-şərqində baş verən terror hücumu nəticəsində 11 nəfər ölüb.

Trend-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, terrorçu məsciddə partlayış törədib. Hadisə şahidinin sözlərinə görə, o, səhər ibadətə getdiyi zaman məsciddən gələn partlayış səsini eşidib.

"Biz məscidə gələndə, 11, terrorçu ilə 12 nəfərin cəsədini aşkarladıq", deyə şahid əlavə edib.

Hadisəyə görə heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib, "Boko Haram" qruplaşması hücumun törədilməsində şübhəli bilinir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti