...

Kanadanın baş naziri: İŞİD ilə əlaqəli 60 nəfərə yaxın insan ölkəyə qayıdıb

Dünya xəbərləri Materials 11 Yanvar 2018 06:21 (UTC +04:00)
İŞİD terror qruplaşması ilə əlaqəli olan 60 nəfərə yaxın Kanada vətəndaşı Yaxın Şərqdən ölkəyə qayıdıb və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadırlar
Kanadanın baş naziri: İŞİD ilə əlaqəli 60 nəfərə yaxın insan ölkəyə qayıdıb

Bakı. Trend:

İŞİD terror qruplaşması ilə əlaqəli olan 60 nəfərə yaxın Kanada vətəndaşı Yaxın Şərqdən ölkəyə qayıdıb və hazırda xüsusi xidmət orqanlarının nəzarəti altındadırlar.

Trend-in məlumatına görə, bunu Kanadanın baş naziri Castin Tryudo Hamilton (Ontario əyaləti) şəhər meriyasında çıxışı zamanı bildirib.

"2015-ci ildən İŞİD terror qruplaşması ilə əlaqəli olan 60-a yaxın Kanada vətəndaşı vətəninə qayıdıb və bizim kəşfiyyat xidmətlərimiz onları daim izləyir. Biz kanadalıların və bizim cəmiyyətin təhlükəsizliyinə görə məsuliyyət daşıyırıq və bu məsələdə heç vaxt kompromisə getmərik", - baş nazir bildirib.

Xəbər lenti

Xəbər lenti