...

Netanyahu Moskvaya gəlir

Dünya xəbərləri Materials 25 Yanvar 2018 13:53 (UTC +04:00)
İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəcək.
Netanyahu Moskvaya gəlir

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu yanvarın 29-da Moskvaya səfər edəcək. Trend-in məlumatına görə, İsrail hökumətinin dəftərxanası səfrin tarixi barədə bildirməklə yanaşı, baş nazirin Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini də qeyd edib.

Məlumatda qeyd edilir ki, iki lider görüşü yanvar ayının əvvəlində telefon danışığı zamanı dəqiqləşdiriblər.

Qeyd edək ki, daha öncə Rusiay prezidentinin mətbuat katibi Dmitriy Peskov da görüş barədə məlumat vermişdi.

Görüşdə ikitərəfli münasibətlərin inkişaf istiqamətlərinin müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti