...

Roma papası Rusiyaya gəlir?

Dünya xəbərləri Materials 2 Fevral 2018 15:13 (UTC +04:00)
Roma Papası Fransisklə Rusiya patriarxı Kirill arasında görüş 2 il öncə Havanda olub.
Roma papası Rusiyaya gəlir?

Bakı. Trend:

Rusiya ictimaiyyəti Roma katolik kilsəsinin rəhbəri papa Fransiskin səfərinə hələ hazır deyil, ona görə də Roma papasının Rusiya patriarxı Kirillə görüşü hələ mümkün deyil.

Trend-in məlumatına görə, bu barədə Rusiya katolik yepiskoplar konferensiyasının baş katibi İqor Kovalevskiy deyib.

O deyib: "Mənim öz şəxsi fikrim də belədir ki, hazırda Roma papasının Rusiyaya səfəri mümkün deyil. Düşünürəm ki, bizim cəmiyyət hələ bu səfərə hazır deyi. Nə üçün hadisələri qabqlayaq? Əlbəttə belə bir görüş Rusiya ictimaiyyətinin xeyrinə ola bilər, lakin düşünmürəm bu gün. Bizə dua etmək qalır".

Qeyd edək ki, Roma papası Fransisklə Rusiya patriarxı Kirill arasında görüş 2 il öncə Havanada olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti