Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə 2018-ci il "Uşaq əməyindən istifadəyə qarşı mübarizə ili" elan olunub.
Trend-in məlumatına görə, bu ildən başlayaraq, ölkənin bütün dövlət strukturları uşaq əməyinin istismarına qarşı mübarizə aparacaq.
Bildirilir ki, bu çərçivədə Türkiyə ərazisində müvafiq tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, Türkiyə KİV-in məlumatına əsasən, ölkədə 2 milyona yaxın uşağın əməyi istismar olunur.