...

Türkiyə zirehli avtomobillər üçün yeni texnologiya hazırlayır - sürücüyə ehtiyac qalmayacaq

Dünya xəbərləri Materials 26 Fevral 2018 19:21 (UTC +04:00)
Türkiyə "Ejder Yalçın 4x4" zirehli avtomobilləri üçün yeni texnologiya hazırlayır.
Türkiyə zirehli avtomobillər üçün yeni texnologiya hazırlayır - sürücüyə ehtiyac qalmayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə "Ejder Yalçın 4x4" zirehli avtomobilləri üçün yeni texnologiya hazırlayır.

Bu barədə Trend zirehli avtomobillər istehsal edən "Nurol Makina" şirkətinə istinadən məlumat verir.

Yeni texnologiya zirehli avtomobilləri sürücü və ekipaj üzvü olmadan idarə etməyə imkan verəcək.

Hazırda texnologiyanın hazırlanması üzrə işlər davam edir.

Qeyd edək ki, bir sıra ölkələr "Ejder Yalçın 4x4" zirehli avtomobillərindən istifadə edir. Bir müddət əvvəl Qətərə 400 belə texnika tədarük olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti