...

Tramp BƏƏ və Səudiyyə şahzadələri ilə danışıqlar aparıb

Dünya xəbərləri Materials 28 Fevral 2018 05:54 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Səudiyyə Ərəbistanının varis şahzadələri Məhəmməd əl-Nəhyan və Məhəmməd ibn Salman əl-Saud ilə telefon danışıqları aparıb
Tramp BƏƏ və Səudiyyə şahzadələri ilə danışıqlar aparıb

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Səudiyyə Ərəbistanının varis şahzadələri Məhəmməd əl-Nəhyan və Məhəmməd ibn Salman əl-Saud ilə telefon danışıqları aparıb.

Trend-in məlumatına görə, bu haqda Ağ Evin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, danışıqlar zamanı İranın “sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti ilə” mübarizə müzakirə olunub.

Tərəflər həmçinin iqtisadi əməkdaşlıq məsələlərinə toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti