Bakı. Trend:
Böyük Britaniyada güclü qar və soyuq hava 3 nəfərin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, pis hava şəraiti səbəbindən İngiltərənin Kornoul qraflığında avtomobil yaşayış evinə çırpılıb. Hadisə nəticəsində 7 yaşlı uşaq həlak olub. Berkşir şəhərinin yaxınlığında minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə 46 yaşlı kişi həlak olub. Digər ölüm hadisəsi isə Lids şəhərində qeydə alınıb. 75 yaşlı qadın küçədə ölü tapılıb.
İngiltərənin cənub-qərbində və Uelsin cənubunda əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Britaniyanın meteorologiya xidməti "qırmızı" təhlükə səviyyəsi elan edib. Bütün ölkə ərazisində minlərlə məktbə bağlanıb. Şotlandiyada 2 ən böyük hava limanı bağlanıb - Edinburqda və Qlazqoda. Digər hava limanlarında, o cümlədən Böyük Britaniyanın paytaxtında onlarla reys ləğv edilib.