...

ABŞ-da 17 nəfəri öldürmüş yeniyetməyə ölüm cəzası tələb edildi

Dünya xəbərləri Materials 14 Mart 2018 05:36 (UTC +04:00)
ABŞ prokurorluğu Florida ştatında məktəbdə 17 nəfəri qətlə yetirən yeniyetmənin ölüm cəzasına məhkum edilməsini tələb edib
ABŞ-da 17 nəfəri öldürmüş yeniyetməyə ölüm cəzası tələb edildi

Bakı. Trend:

ABŞ prokurorluğu Florida ştatında məktəbdə 17 nəfəri qətlə yetirən yeniyetmənin ölüm cəzasına məhkum edilməsini tələb edib.

Trend-in məlumatına görə, müttəhimin vəkilləri onun günahını etiraf etməsi müqabilində ölüm cəzasını ömürlük həbslə əvəz edilməsini təklif edib. Bu barədə razılaşmanın əldə olunub -olunmaması barədə hələlik məlumat verilmir.

İş üzrə məhkəmə prosesinin növbəti iclası martın 14-dü keçiriləcək.

Xatırladaq ki, 14 fevralda 19 yaşlı Nikolas Kruz ABŞ-ın Florida ştatındaki məktəbdə atəş açmış, hadisə nəticəsində 17 nəfər həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti